Eylər
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylərEşqə düşənləri axırda bu dərdƏridər incildər natəvan eylər
Görüm aralıqdan yox olsun yamanYüzüm pay-əndazdır başım tərcümanSəndən qeyri mənim dərdimə dərmanNə Əflatun bilər nə Loğman eylər
Göz yaşımdan ərzə yazdım sitarəBəlkə bizi qəm qayğudan qurtarəSinə açıq zülf pərişan yüz yarəMəni belə görən sənə man eylər
Şəri qoyub xeyrə qədəm basarlarHəqqən-nas sözlərə qulaq asarlarTəsəddüq verübin qurban kəsərlərBəgim İbrahimə can qurban eylər
Kitabxana.az · https://kitabxana.az/works/begim-xanim-eyler
Başqa şairlərin şeirləri · Eşq
Qərib yerdə yad illərdə sevdiyim,Didəm qan yaş tökər, dilim dad eylər,
Neyləyim, ey dil kiNeyləyim, ey dil ki, o dilbər ola canım mənim,Qəlbimin sirrini duya qəlbilə cananım mənim.
BağlamaƏvvəl salam olsun, Şikəstə qardaş!Oxu, bu kağızın qarası nədir?
Can bülbülü olmuş zəğəni-nəfsə giriftarCan bülbülü olmuş zəğəni-nəfsə giriftar,Daim qəfəsi-sinədə eylər ona azar.