Can bülbülü olmuş zəğəni-nəfsə giriftar,Daim qəfəsi-sinədə eylər ona azar.Bu, layiqi-firdovs, o, niyranə səzavar,Ülvitələbi-süfldə ol hiyləgər istər.

Tövfiqini, ya rəb, bizə həmvarə rəfiq et,Dəvayi-təvalayi-hüseynidə sədiq et,Lütfün bu rəhi-eşqdə həmrahi-təriq et,Dil vadiyi-heyrətdədi, bu rahbər istər.

Hər kimsənə istər ola aşiqliyə layiq,Əlbəttə, xəlayiqdən edər qəti-əlayiq,Qəti-nəzər ondan da gərək aşiqi-sadiq,Hər mamələkindən edə qəti-nəzər istər.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq