Ey bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.

Bilməm, nə etmişəm sənə zalim, nə zülmdür,Etdin kəbab atəşi-çüvvalətək məni.

Allah rizası etməginən xar eşqdə,Aşiqlər içrə dağlama sən lalətək məni.

Bir ləhzə gər üzülsə əlim qürbi-vəslidən,Eylə yəqin ki, yandıru səd salətək məni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nəvvabı zarü zərd edib oxşatdı qəmlərinDivari-qəmdə nəqş olan əşkalətək məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq