Qəlbimə axdı
Gəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,Deyirsən ki: “İnanmıram sənin sevginə –Məhəbbətdən söz açmayır baxışın mənə.
Heç ayrılıq vaxtında da ağlamadın bir,Göz yaşı ki, sevənlərə çətin deyildir!”
Burax, gülüm, şübhələri, sözümə bir bax,Eyib deyil qız yanında məyər ağlamaq?!
O zaman ki, yol üstündə vidalaşdıq biz,Parçalandı iki yerə bütöv qəlbimiz.O zaman ki, ala gözlər dolandı... baxdı...Göz yaşlarım üzə deyil, qəlbimə axdı.
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-qelbime-axdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir