Rübailər
Rübai nədir?
Rübai: dörd misralıq fəlsəfi şeir; birinci, ikinci və dördüncü misralar qafiyələnir.
Sənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.Bitablıqımda ixtiyarım yoxdur,Təşrif gətir ki, qəmküsarım yoxdur.
Nə lütf idi nagəhan ki, bünyad etdin,Bir namə bilə Əmanidən yad etdin.Hicr içrə pozuq könlünü abad etdin,Əlqissə ki, qəmdən onu azad etdin.
Dövran məni etgüncə cüda canandan,Ey kaş, iraq salaydı cismim candan.Görkən sitəmi dəli könül hicrandan,Nə şərh edim, ötübdürür imkandan.
Yüz şükr ki, gəldik, yenə kaşənimizə,Yetdik şərəfı-vüsali-cananəmizə.Hərçənd qılırsa naz ol fərzanə,Minnətlər irir bu dili-divanəmizə.
Kitabxana.az · https://kitabxana.az/works/mehemmed-emani-rubailer
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Fəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.