Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.Rəhmi gəlsin mən aşiqin halına,Şikəstə könlümü xəndan eləsin.

Gecə-gündüz çağırıram mən Tanrı,Könlümün mətləbin sən yetir barı.Hər kimin vardır vəfalı yarı,Şirin canın ona qurban eləsin.

Mən füqərə çox elədin sitəmi,Gün-bəgün artırdın möhnəti, qəmi.Xar olubdur qızıl gülün həmdəmi,Şeyda bülbül ah-əfğan eləsin.

Sənə qurban olum, gözəllər xubi,Mina gərdən, sinə mərmər, qəd-tubi.Hər aşiqin ayrı düşsə məhbubi,Yaxa yırtsın, dideyi-giryan eləsin.

Ağ yüzə düzübdür siyah xalları,Əcəb müşki-Xoten, qönçə gülləri.Əsgər dir, ənbər boylu tilləriTöksün sədrim üstə əfşan eləsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq