Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləriBaqi həyatı buldularHaqq yolunun aşiqləri

Çün şahrahə getdilərVüsəl elinə yetdilərƏrş üzrə seyran etdilərHaqq yolunun aşiqləri

Cani-cahanı qoydularBu dünyadan əl yudularYarın cəmalın gördülərHaqq yolunun aşiqləri

Dəryayi-eşqə girdilərYetməzmi, ya Allah, dedilərDürri-məhəbbət dərdilərHaqq yolunun aşiqləri

Ey Nuri, gəl sən daxı varBu yolda qıl canın nisarƏlbəttə bulur vüsəli-yarHaqq yolunun aşiqləri

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq