İlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməzƏgər dursun, əgər getsinKönül sənsiz qərar etməz

Cahan bağında bir saətNə mümkündür ola rahətOlursa ravzəi-cənnətKönül sənsiz qərar etməz

Yandır ol bağ-u bostanıYandır ol hur-u qılmanıFərağınla yanar caniKönül sənsiz qərar etməz

Muradı sənsən, ey MövlaDilində qeyri yox əslaOlursa məskəni TubaKönül sənsiz qərar etməz

Çü sənsən Nurinin yarıYandır ol qeyri əfkarıFərağınla yanar dariKönül sənsiz qərar etməz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri