Qulac saçlı,Qələm qaşlı,Ağzın açdı,Gövhər saçdıSüsənbərim.

Şəhla gözü,Gözəl üzü,Şirin sözü,İlqar düzüSüsənbərim.

Yaşıl başlı,Çatma qaşlı,Şux baxışlı,YaraşıqlıSüsənbərim.

Şirin avaz,Kirpik almaz,Aşıq sınmaz,Yardan dönməzSüsənbərim.

Kəklik səkər,Boynun bükər,Ovçun çökər,Qanın tökərSüsənbərim.

Sən əzəlsən,Dil məzəsən,Çox gözəlsən,BirdənəsənSüsənbərim.

Bulaq başı,Gözüm yaşı,Var təlaşı,Qəlb sirdaşıSüsənbərim,

Telli sazım,Xoş avazım,Bahar yazım,Sən murazımSüsənbərim.

Sən halalsan,Bir cəlalsan,Mənə yarsan,BizəvarsanSüsənbərim.

Aşıq Ağdı,Toy talağdı,Xoş soraqdıGözəl çağdıSüsənbərim.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri