Bilmirəm
Ay ağalar belə dərdə neyləyim?Fələk çox veribdi çəkə bilmirəm.Qoşdum qəm kotanı, daşa ilişdi,Qalmışam naəlac əkə bilmirəm.
Qocalıq üz verdi, yatdı iqbalım,Zəhrimara döndü ağzımda balım,İmran dilli sazı hicrana çalım,Tale üz döndərib bəlkə bilmirəm.
Ağ Aşığam gözdə qaldı muradım,Bəynişan toylarda çəkilir adım,Qırılıbdı qolum, sınıb qanadım,Qalmayıb taqətim çəkə bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/ag-asiq-allahverdi-bilmirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
BəxtiyarSıyrılıb keçmişin buludlarından,Müjdələr gətirir böyük yarından,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.