Bəxtiyar
Sıyrılıb keçmişin buludlarından,Müjdələr gətirir böyük yarından,Yarıb günəş kimi qaranlıqları,Söküb şəfəq kimi dumanlıqlar,Özündən alışan, özündən yanan,Hər sabah hamıdan erkən oyanan,İş başına qoşan nə bəxtiyardır!
Yoldaşı sıradan qalarkən geri,Tutub ətəyindən çəkib iləri,Ona qüvvət verən, ona ruh verən,Ona ən uğurlu bir yol göstərən,Həm sevgi bəsləyən, həm can yandıraan,Sönük duyğuları işıqlandıran,Günəşlə yarışan nə bəxtiyardır!
Budur həyatdakı gözəllik ancaq:Qüvvətli yaşamaq, canlı yaşamaq!Məqsədim, məsləkim, şüarım budur,Həmən əqidədir, həmən duyğudur.Gələcək günlərə məni səsləyən,Bir böyük yarına əməl bəsləyən,Çarpışan, vuruşan nə bəxtiyardır!
Günlərim keçməyir ancaq əməklə,Xəyalım göyləri seyr eləməklə,Buludlar ömrümün karvanı olur;Fikrim o karvanın sarvanı olur.Sanıram ulduzlar həmvətənimdir,Demək, yer də mənim, göy də mənimdir,Hüzurumla cahan nə bəxtiyardır!
Mənə ilham verir o yaşıl çəmən,Üstümə quşbaşı yağan yasəmən.Demək, sevimlidir bahar da, qış da,Bir yenilik duyub mən hər baxışdaSevirəm dəyişən, dönən varlığı.Bu günün yarının bəxtiyarlığıSevdasilə coşan nə bəxtiyardır!
Ömrümün min dürlü cilvəsi vardır,Könlümün göyləri damar-damardır,O bəzən ağlasa, bəlkə də haqdır,Həyat həm gülməkdir, həm ağlamaqdır,Lakin daha xoşdur döyüş çağları,Həyat dedikləri uca dağlarıDuman kimi aşan nə bəxtiyardır!
Həyatdan doymayan, işdən doymayan,Əfsanə sözlərə məhəl qoymayan,Könlünü, gözünü verib işinə,Baxıb həyatının yüksəlişinə,Xalqilə titrəyən, xalqilə gülən,Vətənçin yaşayan, vətənçin ölənSəmimi bir insan nə bəxtiyardır!
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-bextiyar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
شهید عشق که تنگ است پوست بر بدنشتو خصم بین که به یغما زره برد ز تنش
Sirlər xəzinəsi, fəsil 51Azadə böyümüşlər cərgəsindən bir uşaqİki-üç həmyaşilə çölə çıxdı kefi çağ.
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
داشتم روزی نگاری یاد میآید مراهر زمان از یاد او فریاد میآید مرا