کودکی از جملهٔ آزادگانرفت برون با دو سه همزاد‌گان

Azadə böyümüşlər cərgəsindən bir uşaqİki-üç həmyaşilə çölə çıxdı kefi çağ.

پای چو در راه نهاد آن پسرپویه همی‌کرد و درآمد به سر

Elə ki, yola düşdü bu uşaq, birdən-birə,Yüyürərkən ayağı sürüşdü, dəydi yerə.

پایش از‌آن پویه درآمد ز دستمهر دل و مهره پشتش شکست

Elə bərk yıxıldı ki, sındı birdən ayağı,Qırılmışdı çox yaman varlığının dayağı.

شد نفس‌ِ آن دو سه همسال اوتنگ‌تر از حادثهٔ حال او

Onun həmyaşlıları batdılar bundan qəmə,Hey çarə axtardılar bu qəmə, bu matəmə,

آنکه ورا دوست‌ترین بود گفتدر بُنِ چاهیش بباید نهفت

Onu sevən bir uşaq dedi: „Çarə var, gerçək,Gəlin onu quyunun lap dibində gizlədək.

تا نشود راز چو روز آشکارتا نشویم از پدرش شرمسار

Ta ki, bir gündüz kimi olmasın aşkar bu sirr.Atasından xəcalət çəkmək yaxşı deyildir“.

عاقبت اندیش‌ترین کودکیدشمن او بود در ایشان یکی

Ordakı uşaqlardan uzaq görən bir nəfərŞikəst olmuş uşağın, düşməniydi, müxtəsər.

گفت همانا که در این همرهانصورت این حال نماند نهان

Bu halı ölçüb-biçdi, sonra düşündü bir az,Öz-özünə dedi ki, bu sirr gizlində qalmaz.

چونکه مرا زین همه دشمن نهندتهمت این واقعه بر من نهند

Mən ki, həmin uşağın bir düşməniyəm, demək,Bu işi eşidənlər yəqin məndən biləcək.

زی پدرش رفت و خبردار کردتا پدرش چارهٔ آن کار کرد

Uşağın atasına gedib tez verdi xəbər,O da gəlib oğluna çarə gördü bir təhər.

هرکه در او جوهر دانایی استبر همه چیزیش توانایی است

Hər kimdə ki, vardırsa ağıllılıq cövhəri,O bacarar hər işi, parlar onun gövhəri.

بند فلک را که تواند گشاد‌؟آنکه بر او پای تواند نهاد

Fələklərin bəndini açar ancaq o qoçaqKi, basa bilsin onun başına bir gün ayaq.

چون ز کم و بیش فلک درگذشتکار نظامی ز فلک برگذشت

Fələkin az-çoxuna göz yuman gündən bəri,Nizaminin işləri keçmişdir fələkləri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale