Feraqı qismət edib çərxi-kəcmdar mənə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Feraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
Behiştə eyləmərəm meyl kuhi-yan qoyub,Cəza günündə əgər qalsa ixtiyar mənə.
Xəyali-zülfü rüxünlə gecə sabahə kiminHəramdır yuxu, ey yari-qəmküsar, mənə.
Əgər bu halətilən ölsəm asitanında,Qazıb o yari-cəfapişə çün məzar mənə.
Yetir özün mənə, ey yari-qəmküsar, ölürəm,Sabaha çıxmağa çün yoxdur etibar mənə.
Üzari-yan tutub qoymayıb nəzarə yeri,Yüzü qaralıq edib zülfi-mişkbar mənə,
Məqtə — şairin təxəllüsü olan son beyt. Xəyali-çərxdə bac istərəm Sürəyyadan,Məsihvar əgər olsa bəxt yar mənə.
Kitabxana.az · https://kitabxana.az/works/agadadas-sureyya-feraqi-qismet-edib-cerxi-kecmdar-mene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
Başqa şairlərin şeirləri · Eşq
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Həyat ölümsüz olmazBu sevgi bağçasında,Mənim də bir gülüm var,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,