Bu sevgi bağçasında,Mənim də bir gülüm var,Gülümə nəğmə deyən,Bir dərdli bülbülüm var.

Sevdalar aləmində,Sevinci var qəmin də,Sevgili sitəmində.Sevimli bir zülüm var.

Gülüm zülümsüz olmaz,Könlüm gülümsüz olmaz,Həyat ölümsüz olmaz,Bu dünyada ölüm var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq