Bu dünya gidi röyə,Nə cəfa, nə zülüm var!Ölümsüzdür bu dünya,Bu dünyada ölüm var.

Uyuma, oyan, könül,Yaralı bir gülüm var,Alış, könül yan könül,Bu dünyada ölüm var.

Yaxılsam da, yanma çox,Qırovlanan külüm var,O dünyada həyat yox,Bu dünyada ölüm var...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm