Mənim gözəl dilimin, hər gözəl, hər incə sözüDilimdə türkülənir, könlümün gülünçə gözü.

Mənim şeir dilimə bir yabançı söz girməz,Rəfiq Zəka o yasaq sözlərə könül verməz.

Ərəb yabançı mənə, fars yabançıdır, ancaqDolub yabançı, yasaq çırpılarla doğma ocaq.

Mən istərəm ki soyumdan qopub gələn sözlərOğuz dədəmlə bu varlıqda yüksələn sözlər.

Bugün dodaqlara qonsun, zaman-zaman dinsin,Duyub o sözləri coşduqca saz, kaman dinsin.

Çocuq, yabançı, yasaq, iştə, pək, əvət, mutlu,Yedək, diləkcə, güvənc, yavru, soy, ərən, kutlu.

Soyad, açıqlamaq, örpək, uçaq, ulus, türkü,Quzey, güney, doğu, özləm, durum, özək, ürkü.

Əruz yabançı deyildir, deyildir, iştə, görün:Məfailün fəilatün məfailün fəilün.

Əruzda türkü desin çağlayınca yurdaşlar.Bu gül kimi dilimizlə çiçəklənər daşlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar