Gözündə şanlı yurdun,Gözəlliyə uyurdun,Sən oğluna duyurdunÖmür nə, can nə, annə,Ax, annə, annə, annə!

Könül olarmı cansız?Sevinci, dərdi sonsuz,Ulusdur annəm, onsuzŞərəf nə, şan nə, annə,Ax, annə, annə, annə!

Ölüm ki sıldırımtək,Nəcür onu qırım tək?!Bu canı yıldırımtəkVurub yaxan nə, annə?Ax, annə, annə, annə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri