Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,Bir baxışı tərlanım qaməti ərər,Kirpiyi peykan hani görünməz

Bir incə miyanım, ruhu-rəvanım,Bir bülur əndam, tərfə cananım,Bir nazənin ədalı tuti zəbanım,Bir qönçə dəhanım hani görünməz

Bir ləbi şəkər, mahi-münəvvər,Bir yanağı əhmər, xurşidi-xavər,Bir qəndi-mükərrər, bir gül-cəfər,Bir telli reyhanım hani görünməz

Bir zülfi-şəhmarım, ləbi gülnarım,Bir şəkər dəhanım, lalə əzarım,Şikəstə Qafilim, ey şux nigarım,Rövzeyi-rizvanım hani görünməz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq