Ləli-ləbin ki, xəlq deyirlər şərab ona
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ləli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
Şirin ləbin ki, ləl ürəyin qanə döndərib,Yoxdur üzündə qanı, deyən ləli-nab ona.
Görmək şüai-arizini kimdə tabi var,Bitablıq edib nə salırsan niqab ona?!
Gündən-günə saraldı, görüb hüsnünü yenə,Girməz yerə ki, qarşı çıxar aftab ona.
Nəfyi-vücudi-nöqteyi-mövhum edər həkim,Ağzın deyəydi kaş açılıb bir cavab ona.
Məqtə — şairin təxəllüsü olan son beyt. Zahid ki, eşqi küfr deyib hökm edər, Bahar,İmanə gəlməz, oxuyasan min kitab ona.
Kitabxana.az · https://kitabxana.az/works/bahar-sirvani-leli-lebin-ki-xelq-deyirler-serab-ona
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.