Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
Şəm'i-rüxundən ayrılığım etdi kül məni,Pərvanə tək özün tərəfə yanə-yanə çək.
Şayəd ki, bir də arizinə düşməyə gözüm,Yüzdən o qara zülfünü, gəl, bircə yanə çək.
Ol səngidil nigarə məgər eyləyə əsərKönlümdən, ey şərareyi-ahım, zəbanə çək.
Hicrin günündə, bəlkə mənə qəmküsar ola,Hər qədr var qəmin, bu dili-natəvanə çək.
Ollam həlak yadi-rüxünlə baxıb gülə,Ey yari-həmnişin, məni az gülsitanə çək.
Məqtə — şairin təxəllüsü olan son beyt. Etmək Bahar könlünü aşüftə istəsən,Naz ilə, gəl, o zülfi-pərişanə şanə çək.
Kitabxana.az · https://kitabxana.az/works/bahar-sirvani-sadem-gel-ey-senem-meni-esqinde-qane-cek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Başqa şairlərin şeirləri · Eşq
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Ey güli-tər, məni xar eyləmədinmi? ElədinEy güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.