Tutsam şərabı gər ləbinə tay, haramdır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Tutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
Ruxsarın üzrə zülfünə baxdım o qədr kim,Gördüm ki, gün qürub eyləyib, vəqti-şamdır.
Mahi-tamam səhv ilə bir gün dedim sənə,Hər kəs eşitdi, dedi: bu söz natamamdır.
Zalım, bu qədr könlümü qan etməyin nədir,Qan etmədim, dedim ləbinə ləl, namdır.
Zahid bilirmi hiç miyanın hekayətin,Nazik sözü nə bilsin o kəs kim, avamdır.
Zahid, təvafi-Kəbəni qoy, bir güzar qıl,Meyxanə içrə gör nə səfalı məqamdır?!
Məqtə — şairin təxəllüsü olan son beyt. Dedim ki, şəhddir ləbin, ey canı cismimin,Dedi: görün Bahar nə şirinkəlamdır.
Kitabxana.az · https://kitabxana.az/works/bahar-sirvani-tutsam-serabi-ger-lebine-tay-haramdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Ləli-ləbin ki, xəlq deyirlər şərab onaLəli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
Başqa şairlərin şeirləri · Eşq
Kimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Eşigində düşmişəm hər gecə daşə yastanıbEşigində düşmişəm hər gecə daşə yastanıb,Gözlərim giryanü köksüm yarəvü bagrım yanıb.
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Candadır sübhi-əzəldən mehri-rüxsarın səninCandadır sübhi-əzəldən mehri-rüxsarın sənin,Nola ta şami-əbəd olsam tələbkarın sənin,