Kimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.

Pirani-parsadilü həftadsaləmiz,Meydir muradı ta nə yetişsin cavanlara.

Söz yox, dəhanı var, o qədər təngdir ki, sözBir nüktədir, təvəllüqü var nüktədanlara.

Hər kim ki, cüzvi-layətəcəzzanı dərk edər,Bir nöqtə dərkin etməyə düşməz gümanlara.

Bir gün şərarələr tökülüb yer üzün yaxar,Əzbəs, çıxıbdır ahım odu asimanlara.

Qəmzən xədəngi oldu könüllərdə cayigir,Çox yaxşı dəydi tiri-nigahın nişanlara.

Əhli-vəfanı seyd elə hər bir vəfasıza,Atma oxun, dəyər biri, əlbəttə, canlara.

Yusif, əgər varındı hünər, olma meypərəst,Dil vermə daxi türreyi-ənbərfəşanlara.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sən məst, çeşm məst, cahan məst, badə məst,Kim huşyardır, bu xəbər çatsın onlara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq