Yar
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,Günəş cəmalına həsrət qalmışam,Şirin-şirin danışıban gülən yar
Fələk qoymur bizi bir yana düşaq,Eşqin sevdasından qaynıyıb daşaq,Yeri nazlım, gəl bir doğru danışaq,Aramızda heç olmasın yalan yar
Məskin deyirsən, tək səlatin olmaz,Səni görən saralıban heç solmaz,Yüz min gözəl gəlsə dərdimi bilməz,Sən özün gəlməsən dərdə salan yar
Kitabxana.az · https://kitabxana.az/works/meskin-el-sairi-yar
← → düymələri ilə keçid, R — təsadüfi şeir