Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.

İki xali-siyəh künci-ləbində eyləyib məskən,İki zəncidi guya əyləşib Kövsər kənarında.

Tökülmiş arizi-al üzrə zülfün türfə gülşəndə,Düzülmiş sünbüli-tər laleyi-əhmər kənarında.

Düri-dəndanını ləl içrə gördüm, söylədim bəh-bəh,Nə layiqdir sədəf kim, bəsləsin gövhər, kənarında.

Rüxün zülf içrə görmüş zahidi-kəcbin xəyal eylər,Bəli, çün görmək olmaz müshəfi kafər kənarında.

Camalın möcüzü xurşid tək afaqə rövşəndirKi, İbrahim tək məskən tutub azər kənarında.

Məqtə — şairin təxəllüsü olan son beyt. Əgər bir sağər içrə mey ola, əlbəttə, ey Yusif,O meydən bir əsər peyda olar sağər kənarında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq