Çox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədədƏl uzadıb yar dəstindən tutmadımFələk məni ayrı saldı, hay mədəd

Əlif qəddim yaya döndü bükməkdənSel axışdı qanlı yaşım tökməkdənBir gözəlin həsrətini çəkməkdənFələk məni ayrı saldı, hay mədəd

Məgər məndən yüz döndərib dönərsənAman dilbər, mənə necə qırsanGəl öldürmə məni, sonra deyirsənHeyf, Molla Nazim oldu, hay mədəd

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq