Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizimƏşkim cəllad fərmanından durulduAxdı didəmdən seyllər əzizim

Qismət olsun bir də tutum əlindənŞəkər əmim dodağından, dilindənMətləbimə yetim, qucum belindənQoy salım boynuna qollar əzizim

Qoynundur şəmamə, yüzün gül dəstəHəsrətin çəkməkdən olmuşam xəstəNazimim göndərrəm sən təki dostaSovqat üçün qızıl güllər əzizim

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar