Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,Dolandırdım vəfa əlim başına,Gözəllərdə vəfasız nə yaman olur

Bəd olmasın heç aşiqin həmdəmi,Yolunda çəkməsin mən kimi qəmi,Qarıdarmış, qocaldarmış adəmi,Kişilər həyasız nə yaman olur

Şah düşə qürbətə, olur bir gədə,Sahibim peyğəmbər o da Məkkədə,Mənim təki qana qərqdir ölkədə,Məxlisi, həvasız nə yaman olur

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Eşq