Romans
Məcnun məhəbbəti qalar kölgədəBizim eşqimizin sözü düşəndə.Özgəsi düşəndə dodaq büzəninGöy necə olurmuş özü düşəndə.
Bu acı həsrətdi, yoxsa vüsaldı?Hökmündən qurtarmaq əmri-mahaldı.Səbri-qərarımı əlimdən aldıSevən gözlərimə gözü düşəndə.
Mən səni gözlərəm boran içində,Qasırğa içində, tufan içində.Ömrümdən fəsillər, illər keçəndə,Saçıma illərin izi düşəndə.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-romans
← → düymələri ilə keçid, R — təsadüfi şeir