Sənsiz səhərə çıxdım,Səhər o deyil!Sənsiz şəhərə çıxdım,Şəhər o deyil!

Gül-çiçək tabaq-tabaq,Dər, qoxla, sinənə tax,Mənim gözümdə ancaqGüllər o deyil.

Ulduz dolu gecələrDəyişibdir nə qədər.Gəzdiyimiz küçələr,Yerlər o deyil.

Sənsiz meşə o deyil,Tər bənövşə o deyil,Sevinc, nəşə o deyil,Kədər o deyil!

Baxdım, günəşə, ayaHər şey dəyişib guya.Söylə, bu qoca dünyaMəgər o deyil?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar