Araz, Astaraçay axır lal kimi,Onlara çatmırmı sözlərim mənim?Gəzib-dolaşdıqca sahil boyundaPozur bir-birini izlərim mənim!

Dözərəm hər cürə dəhşət önündə,Səfalət, rəzalət, zillət önündə.Bircə bu bitməyən həsrət önündəDözmürəm, titrəyir dizlərim mənim...

Arabir gülsəm də, demə arsızam,Məqam gözləyirəm, demə karsızam!Nə qədər Təbrizsiz, ŞəhriyarsızamGülmür, gülməyəcək gözlərim mənim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən