Xoş ol zaman ki, xalq yatıb bizəban idi
Xoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,Sultan idim ki, vəzlə hökmüm rəvan idi,Millət qulam idi mənə, bəxtim cavan idi,Malü xəzinə mayili-arami-can idi,Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Könlüm əvamdan açılırdı kərəm görüb,Cəhlin ziyadə əqlü huşini kəm görüb,Hər məclisə gedib özümü möhtərəm görüb,Bihəd kar, kur, keçəl dəmbədəm görüb,İsmim cahanda molla deyil, bəlkə xan idi,Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Mən səslənəndə, görəndə məni mal olurdular,Mən hirslənəndə dəfətən ishal olurdular,Mən hökm edəndə xak ilə pamal olurdular,Qeyzim tutanda əbləhə əmsal olurdular,Xalqın xudayə söylədiyi “əlaman” idi,Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Mən hər dəqiqə şad, özümü xar görmədim,Rahət olub vücudumu bimar görmədim.İçdim, yedim, məşəqqətlə kar görmədim,Zülmi, cəfanı, həm təməi ar görmədim,Neylim dəxi ki, tariyə bunlar əyan idi,Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
“Molla Nəsrəddin”, 21 aprel 1906, №3
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-xos-ol-zaman-ki-xalq-yatib-bizeban-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah.Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə.
O elə – bu belə !Rəbbiyəl-əvvəl ayının on ikisində bütün Ərdəbil camaatı, oğuluşaqlı, qoca və cavan Bərna və Piriətəbatdan təşrif gətirən Mirzə Ələkbər ağanın pişvazına çıxıblar.Və haman rəbbiyəl-əvvəl ayının on ikisində Amerikada, Ərdəbil böyüklükdə Samson adlı bir şəhərdə on altı min tələbənin üç ədəd müxtəlif darülfünunlara getməyini bir əkkas kağıza götürübdür.
Çox nigaranamBir neçə şeydən yana çox nigaranam:Biri budur ki, məsəl üçün deyək, gedirsən, Baksoyuzun parça mağazasında növbəyə durursan və yarım saatdan sonra parça alıb gətirirsən və bir neçə gündən sonra görürsən ki, haman parçanın bəzisi çürük çıxdı.
Nisyə mal ötürməkSöhbət qulluqçulara nisyə mal buraxmaq üstündədir ki, bunu nə cür başa düşmək.Söz burasındadır ki, doğrudan da indi qış gəlir və ev üçün, uşaqlar üçün hər növ yalavaclıq lazımdır. Hazırda Allah atalarına rəhmət etmişlər qulluqçuların halına yanıb onların gələcək məvacibləri hesabında indidən bir xeylək paltarlıq mal buraxırlar və insanın da gözünə gəlmir. İndi adam qənimət bilir ki, malı alsın qoysun evinə və yavaş-yavaş işlətsin. Axırda da Allah kərimdir, məvacibindən ayda dörddən bir hissə çıxarlar, bir də görərsən ki, borcun da qurtarıb gedibdir və paltarın da əynindədir.
Başqa şairlərin şeirləri · Vətən
Yaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
AldadırElə zamanadır indi,Bəndə xudanı aldadır.
Bax-baxHanı Ağbabanın uca dağları,Bir başımdan qalxan dumana bax – bax!
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.