Elə zamanadır indi,Bəndə xudanı aldadır.Bilmək olmur ki, kim kimdir,Oğul atanı aldadır.

Bütün ümidlər hasarda,Bütün vicdanlar məzarda,Ölkə aldatma bazardı,Çatan çatanı aldadır…

Nə təhər yaşasın adam,O möhtəkir, bu şər atan,Görürsən ki, bu şarlatan,O şarlatanı aldadır…

Sızlayır yaram içimdə,Torpağım talan içində,Batırıq yalan içində,Yalan yalanı aldadır…

Dəli başlara keyf gəlib,Sözləri gündə çəp gəlir,Diri ölüyə kəf gəlir,Oyaq yatanı aldadır…

Məmləkət gözündən batıb,Hamı harama əl qatıb,Sevən sevənə şər atır,Kişi qadını aldadır…

Nə abır, nə də həya,Satqınlar qalxıb səhnəyə,Onlar xalqım deyə-deyə,Xalqı, vətəni aldadır.

1993.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən