Nə zamandır mən söz ilə dolanıram…
Şer acıyam…Hər şeyimi as yazıram…Ac olanda çox yazıram,Tox olanda az yazıram.Misra ilə doyuyuram,Özümü mən,Boş süfrəmə doldururamSözümü mən.Bayatıyla, qoşma ilə,Təcnis ilə dolanıram,Nə zamandır mən söz iləDolanıram…Bu yalavac zamanada,Odur mənim bir yeganə,Toxunulmaz
Əmanətim…Sətirlərim havam, suyum,Qəndim,Yağım,Ətim, südüm,qayğanağım…Nə zaman ki, sözüm olmur,Ac qalıram,İlhamıma yalvarıramAç qapımı.Aç qapımı, artsınEvin bərəkəti,Hər birə naz-neməti…Biz şairlər sankiBirdən qərib düşdük.Nə gündəydik, nə günlərəGəlib düşdük…Sənət tamam ucuzlaşdıBircə qəpikDəyəri yox..Nizaminin, FüzulininBu dəhşətdənXəbəri yox…Ehtiyacın sərhədi yox,Çəpəri yox…Nə zamandır söz əkirəmSəməri yox,Çox nanəcib əyyam gəlib,Toxun acdanXəbəri yox,Tanıdığım bir bankir var,Neçə yerdə öz hesabı,Öz bankı var…Neçə yerdə mülki, malı,Məşuqəsi,Gecə-gündüz dollar kəsir…Heç kimsəni almır vecə,Nökər durur qapısındaGündüz-gecə…O istəsə bir arvadı yüz eyləyər,Kişiləri arvad edər,Arvadları qız eyləyər…O istəsə hamımızı qırar,Biçər, daş eyləyər.O istəsə bir n.kəri beş eyləyər,O istəsə meydan tikərDamımızda,O istəsə xərac alarHamımızdan,O istəsə tutar bizi
Qızıl, gümüş yağışına.O istəsə məleykələr,Hər gün girərAğuşuna.O istəsə birgə andaAlıb satar pulla məni.Elə isə, Allah, qəbrə yolla məni…Hərdən mənə sual verir:-Nə təhərsən?Haçan mənə kitabınıGöndərərsən?..Qonorarı, pulu məndə,Heç allaha olmur bəndə…BaşımızınAğasıdır,Qarnı elə böyükdür ki,Sanki indiDoğasıdır…O alçağa gecə-gündüzNifrət ilə yaşayıram,O nifrətdən əxz etdiyimQeyrət ilə yaşayıram…Təbriz nəvəm «Mars» istəyir,İstəyinə şay verirəm,«Mars» istəyir, mənsə onaGünəş, ulduz,Ay verirəm…Təbrizimin arzusuyla,İstəyiylə yaşayıram…Bir də şerin köməyiylə yaşayıram…Bir də onu bilirəm ki,Bu amansız vaxtÖtəcək əvvəl-axır.Yenə də söz yaşadacaqBu milləti,Bu torpağı…Söz heç zaman ölməyəcək,İtməyəcək,Təbriz onda sənə əlim yetməyəcək…Yoxsa sənə «Mars» alardım,Qucaq-qucaq,Heyf o vaxt şair babanBu həyatda olmayacaq.Amma sənə qalacaqdır,Onun şer xəzinəsi,Söz sərvəti, söz sikkəsi,Onlar sənə qalacaqdır,Bir də, bir də bu vətənəQalacaqdır.
Olacaqsan zəngin, varlı,Baban üçün heç olarmıBundan böyükBəxtiyarlıq…Bununçün də şer acıyamHər şerimiAc yazıram.Ac olanda çox yazıram,Tox olandaAz yazıram…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-ne-zamandir-men-soz-ile-dolaniram
← → düymələri ilə keçid, R — təsadüfi şeir