Bu həyata göz açalı əzildim,Ağır-ağır qayğılarınİçində…Öz nəğməmin havasına kəsildimQuzbunların, qarğalarınİçində…Mənliyimi uca tutdum, saxladım,Sürü-sürü mal-qaranınİçində…Ucuz şöhrət arxasınca qaçmadım,Dəllalların, darğalarınİçində…Qara sezdim hətta ağa baxanda,Ağ da gördüm qaraların içində…Hayla-küylə istəmədim xalqımı,Qeyrət gəzmə qalmaqalınİçində…Gedişini, gəlişini dünyanınÖlçdüm, biçdim, xırdaladımİçimdə…Böyüklərdə bir böyüklük görmədim,Böyük tapdım xırdalarınİçində…Talan oldu yurdum, yuvam, torpağım,Talan oldum bu talanınİçində…Yaralandı, paralandı millətim,Hey qovruldum bu yaranınİçində…Həqiqəti, ədaləti boğdular,Min əyrinin, min yalanınİçində…Bir eyibsiz, təmiz xilqət tapmadım,Nə gedənin, nə qalanınİçində…

Sehr dolu bir qalaya sığındım,Şer əkdim bu qalanınİçində…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri