Mus: Oqtay Kazıminindir

Deyirsən ki, sevirəm,Durmusan qarşımda sən.Mən orta yaşındayam,Sən cavan yaşındasan.

Nəqarət:

Məhəbbət yaşa baxmırMüdriklər belə deyib.Ah, bəlkə də belədir,Bəlkə də belə deyil.

Kövrəlib dayanmışıq,Bir körpə uşaq kimi,Sən açan çiçək kimi,Mən solan yarpaq kimi

Birgə addımlayırıq,Əzablı yollar ilə.Mən gedən payız ilə,Sən gələn bahar ilə.

Nəqarət:

1985.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar