Haray, məmləkətim
Nə toya,nə yasa gedə bilirəm,Axı,necə gedim,yas içindəyəm…
Çoxları inciyirmənjən bilirəmAxı,necə edim-yas içindəyəm…
Meydan yarışında yordular məni,Milli məclislərdə qırdılar məni,Öz satqınlarımız vurdular məni,Əyildi qamətim-yas içindəyəm…
Bu ana torpağın yarı tapdanıb,Ayaqlar altında qalır, tapdanır,Analar namusu, arı tapdanır,Tapdanır qeyrətim-yas içindəyəm…
Nə vaxt ki,qəhrəman Şuşa satıldı,Laçının torpağı, daşı satıldı,Füzuli, Cəbrayıl qoşa satıldı,Xar oldu millətim-yas içindəyəm…
Bütün hədəflərə nişan olmuşam,Bütün qradlara nişan olmuşam,Bütün şəhidlərlə bir vurulmuşam,Sınıb qol-qanadım-yas içindəyəm…
Çoxdan tükənmişəm, bir görənimyox,Məni son mənzilə ötürənim yox,Ölmüşəm heç yerdən götürənim yox,Kəsilib taqətim-yas içindəyəm…
Ta eli-obası talan şairəm,Evinə vəhşilər dolan şairəm,Ulu Qarabağsız yalan şairəm,Haray, məmləkətim-yas içindəyəm…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-haray-memleketim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
SındırarMaymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
SəttarxanBu şeir 1946-cı ildə Təbrizdə “Şairlər məclisi”nin*təşkil etdiyi müsabiqədə ikinci dərəcəli mükafata*