Qürbət bayatıları
Mus: Oqtay Kazıminindir
Qürbətdə ürəklər yarpaq kimidir,Günəş bir balaca çıraq kimidir,Dağlardan səbirli analar belə,Qürbətdə anasız uşaq kimidir.
Nəqarət:
Qürbətdə yuxular köməyə gəlir,Mahnılar, ağılar köməyə gəlir,Səsi olanın da, olmayanın da,Qürbətdə bayatı deməyi gəlir.
Qürbətin bir günü bir il görünür,Qürbət göylərində nisgil görünür,Dənizlər gözümdə Xəzərə dönür,Göllərə baxırsan, Göy-göl görünür.
Nəqarət:
Qürbət hörmətləri sərin olurlar,Qürbət dəryaları dərin olurlar,Qürbət acıları, həyacanları,Vətənə dönəndə şirin olurlar.
1974.
Ayrılıq olmayaydıMus: Oqtay Kazıminindir
Yavaş-yavaş gecə keçər,Heç bilmirəm necə keçər,Durub səni düşündükcə,Qoşun çəkər xatirələr…
Nəqarət:
Şirin günlər, şirin aylar,Bir gün gəlib düşər yada,Ürək deyər ayrılığın,Üzü dönsün bu dünyada.
Ay çəkilir yuxu kimi,Bir ovçunun oxu kimi,Hamı deyər, hamı gülər,Mən gülmərəm çoxu kimi.
Nəqarət:
Çöldə tufan haray çəkər,Salar fəğan, haray çəkər,Yerdə durub mən susaram,Göydə bulud alay çəkər…
Nəqarət:
1957.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-qurbet-bayatilari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Mana mehri ermədi sən məhliqanın, neyləyim,Axın olmadı bu cövrü cəfanın, neyləyim.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Ey saçı səhəri tutan güləndamGün üzün min günü eyləyib axşam.