Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı TiflisinBir yekə tamaşadır əlvan otağı TiflisinÖlüsü mələk kimi maraldı sağı TiflisinDil ilən tərifləniməz arvad uşağı Tiflisin

Tiflisin bərabəri Çeçən Dağıstanda deyilBakı Dərbənd və Quba qızlar Həştərxanda deyilİrəvan və Qarabağ Gəncə Naxçıvanda deyilXoy və Salmas Marağa Təbriz və Təhranda deyilŞam Hələb Misr Tokat İsfahanda deyilYığasan İran Turan olmaz dirnağı Tiflisin

Şəhr-i Tiflis içində yetmiş iki millət gəzərKimisi yaşıl geyir kimisi gir lalə-zarYenaral polkovniki gər sayasan olur həzarMin dəftərxanası var divan üçün yazı yazarGecə ta yarıyadək açıq olur dükan bazarÇox hesabsız satılur çaxır əraği Tiflisin

Tiflis gözəllərinin surəti bənzər laləyəHər kəs görsə onları o saat düşər baləyəMinərlər duroşqanı gedərlər orta caləyəEylərlər keyf ü zövq səsləri çıxar naləyəHər kəs ki vinovat olur salarlar narın qaləyəDirəm ki beş yüzdən çoxdur dostağı Tiflisin

Ağalar qulaq asın vəsf Gürcüstanı diyimCəm Tiflisdə olan millətlərin sayı diyimBaş açıq Gürcü Orus Fəranq müsəlmanı diyimLəzgi Qəbərdin Ermeni İngilis Multanı diyimGündə çıxuyin külü-mətaʼ və karvanı diyimGün batandan gün doğan bilər sorağı Tiflisin

Tiflisi görən kimi yekdü dərdim oldu çaharKür daşıb arasından açılıbdır təzə baharTavadlar geyinərlər hər biri bir özgə təhərAtəşsiz hamamı var kim görübdür belə şəhərMiskin Bərci gəşt edər Tiflisi axşam və səhərÇünki qalıq olmuş təzə qonağı Tiflisin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar