Gəraylı: Gənə fəsli-bahar oldu
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.Qönçə gülün həsrətindənQayğılara batar bülbül.
Qönçə gülün həmdəm yarı,Cismimə salubsan narı,Eyləmə fəryadü zarı,Sənə bir gül yetər bülbül.
Gəlib bağı dolananda,İstəyib qönçəsin alanda,Bahar fəsli yaz olanda,Gül damənin dutar bülbül.
Gələr gəzər bu dağlarda,Məkan dutar duvaqlarda,Gənə bağçada, bağlardaQönçə güllər bitər bülbül.
Düşübsən gülün bəndinə,İnanma qönçə fəndinə,Dəli Köyçəyin dərdinəDağı dartıb qatar bülbül.
Kitabxana.az · https://kitabxana.az/works/koycek-el-sairi-gerayli-gene-fesli-bahar-oldu
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Mus: Oqtay Kazıminindir*Deyirsən ki, sevirəm,
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş!Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları