Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.

Bavər etmən, ey mələklər sərvəri kim, bir bəşərSəncə bu xubluqdəvü simadə görmüş, görməmiş.

Sanma qılmış teyi-gülzari-çəmən bülbül-həzərQamətin tək sərvi-xoş azadə görmüş, görməmiş.

Ey gözüm saqi, xəyal etmə bu bəzmin rindəsiŞərbəti-lə’li ləbin tək badə görmüş, görməmiş.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kimsə yox aləmdə mütləq bu Vidadi xəstə təkBir əsiri-dərdi-eşq iftadə görmüş, görməmiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq