Viranə Şəmaxidə mənə gənc tapılmaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Viranə Şəmaxidə mənə gənc tapılmaz,Bir gənc bu viranədə birənc tapılmaz.
Pistani-sənəmtək iki limu ələ keçməz,Bir ğəbğəbi-dilbər kimi parinc tapılmaz.
Rux tutmağa dərgahına bir şah bulunmaz,Fərzini-xirəd seyrine şətrənc tapılmaz.
Bu bağdə bir növgüli-bixar görünməz,Bu bəzmdə bir dilbəri-biğünc tapılmaz.
Bu xaneyi-şəşdərdə iki kəb atılmaz,Bu təxteyi-heyrətdə şeşü pənc tapılmaz.
Tərsadə pəriruy gözəl çoxdu və lakınSəntək gözəl, ey dilbəri-Gürgənc, tapılmaz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Şirin söz ilə saldı o ahuni kəməndə,Sabir kimi bir rindi-süxənsənc tapılmaz.
Kitabxana.az · https://kitabxana.az/works/sabir-virane-semaxide-mene-genc-tapilmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yar getdikcə təhəssür dili-şeydadə durar,Ömr vardıqca həves aşiqi-risvadə durar!
ŞikayətA kişi, bundan əzəl xəlqdə hörmət var idi,Binəva mollalara hörmətü izzət var idi!
TəbaətSərmayeyi-irfanı nasıl kəsb edər insan?Təhsili ülum ilə olur rütbeyi-irfan
Təbib ilə xəstəBir təbibə gedib də bir bimarDedi: “Mədəmdə ağrı bir şey var;
Başqa şairlərin şeirləri · Eşq
Əylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.