Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!

Dili bülbül, ləbi mey, xali fülfül, zülfləri sünbül,Mələkxu, yasəmənbu, gül’üzarım, sən səfa gəldin!

Yüzüm xaki-rəhində fərşdarəm, xoş qədəm basdın!Şəhim, həm şəhriyarım, şəhsüvarım, sən səfa gəldin!

Xəyalım gülşəninə sayə saldın sərv qəddindənAçıldı səbzələndi laləzarım, sən səfa gəldin!

Məqtə — şairin təxəllüsü olan son beyt. Vidadi xəstə tək düşmüşdü biaram can sənsiz,Vücudim, taqətim, səbrim, qərarım, sən səfa gəldin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq