Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Muradım can fəda qılmaqdı yetcək vəsli-cananə,Əgər hasil ola, eşq aləmində böylə kam olmaz.
Səfayi-vəslə yetdin, eyləyib çox səylər, ey dil,Bəyan et birbəbir hicran qəmin, böylə məqam olmaz.
Vüsali-yarə yetdin, bir əyağ tut, badə qıl hazir,Dur, ey saqi, başınçun böylə dəm hərgiz müdam olmaz.
Bu bəzmi-vəsl cənnət, saqisi qılmani-tubaqəd,Məni mən etmə, zahid, mey behişt içrə həram olmaz.
Gözün mən etməyə mülki-ruxindən ləşkəri-xəttiEdib müjganların səf-səf ki, dəva binizam olmaz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gədalıq rəsmini tut kim, dəri-cananə yetməkçün,Zühuri, nəng qılma, aşiq üçün nəngü nam olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/agababa-zuhuri-ne-vehsi-konlum-ol-ahunigehden-qeyre-ram-olmaz
Başqa şairlərin şeirləri · Eşq
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Azərin duasıHəsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına,Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül