Həsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına,Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?Göz dikərək yad ellərin şəfa verməz ocağına,Böylə qərib, bir parçacıq kəfənsizmi öləcəyəm?

Ulu Tanrım… Günahmı bu, bahar gəldi, mən çağladımBu bir elin diləyidir, yad bir sözə uyduğum yox.Dünya sevdi, mən də sevdim, ellər güldü, mən ağladım.Sevdim, amma dizlərinə bir dəfə də baş qoyduğum yox.

Tanrım! Mana çoxmu gördün od sovuran torpağımı?Cənnət sənin, Kəbə sənin, bir məzarlıq yurdumu ver!Cəhənnəmdən alsın burax dünya mənim sorağımı,Mənə yalnız bir içim su, baş qoyacaq bir az da yer.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq