Durnacıq
Bu günlər mənim dərdim başdan aşqındı yenə,Diqqət etsəniz əgər siz çöhrəmin rənginə,Ən ağır bir kədərin duyacaqsız izini,Dərdim gətirir cuşa qəlbimin dənizini.Içimdəki tufanlar, fırtınalar, boralar.Hər bir anda könlümü gah üzər, gah yaralar.Hər baxışdan qəlbimə saplanar dərin bir ox,Heyhat, yetim qəlbimin heç bir təsəllisi yox…Bu getdiyim yolların ucu yox, bucağı yox,Bəlalı baş qoymağa bir annə qucağı yox...Durna, gəl qəbul et, sən bu çarpaşıq oyunu,Tənəli söz önündə bükmə zərif boynunu.Küsmə, sevdalı durnam, hər dərdimiz bəlli, gəl,Gəl birlikdə bulalım baş-başa təsəlli, gəl.Ğetmə durnam, getmə, dur, axı yollar dolaşıq,Bir dinlə, bax nə diyor başı bəlalı aşıq...
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-durnaciq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim də dərdim var, hakim, dinlə sən,Ömür kitabımı qaralanmış yaz.
TamaraEşqsiz qalan bir dil kimi göz dikərək ənginə,Gizli-gizli həsrət çəkib ağlarmıan, Tamara?
Yarın(Şərq üçün)*Xəzan pəncəsində saralan güllər,
Yarımçıq qalmış şeirO zamanlar çocuq idim, təbiətin qoynundaTam asudə yaşar idim, tanımazdım istibdad.
Başqa şairlərin şeirləri
Yanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş