Şikayət
Mənim də dərdim var, hakim, dinlə sən,Ömür kitabımı qaralanmış yaz.Keçdi otuz səkkiz ilim heç oldu,Qəlbimi yüz yerdən paralanmış, yaz.Yaz, dostları sağır, dövranı sərxoş,Yaz, könlündə çarpan əməlləri boş,Sorma nerdən gəlmiş, nerdə vurulmuş,Dağdan-dağa çarpmış, yaralanmış, yaz.Burda bahar, qış bir, tikanla bir gül,Uğursuz bayquşdan fərqsizdir bülbül.Bir zaman dağlara hökm edən könülİndi bir əkməgə kiralanmış, yaz.Yaz, hakim! Nə yazsan, məncə, boş qeyri,Qırıq bir qanadın yox mənə xeyri,Yaz! Bir şahin düşmüş Qafından ayrı,Harda doğmuş, indii haralanmış, yaz.
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-sikayet
← → düymələri ilə keçid, R — təsadüfi şeir