Bu yerlər
Bu məkanda müşk-ənbər buyu var,Qara gözlüm gəzən yerdir bu yerlər,Səg rəqiblər gördüm, olsun şərmsar,Əlim yardan uzun yerdir bu yerlər.
Mən üzümü düşüm yar ayağına,Bəlkə rəhmi gələ öz tutsağına,Dəstə-dəstə qönçə gül yar buxağına,Sağ əlimlə düzən yerdir bu yerlər.
Əzəl başdan qara yazıldı yazım,Qan ağlaram, yarə yetməz avazım,Xumar-xumar şahin baxış, şahbazım,Qaşın gözün süzən yerdir bu yerlər.
Bir bülbülüm, gülşən olub məkanım,Açılmamış soldu gülüm, reyhanım,Məhbubəmə qəza əzəl günü canım,Qələm alıb yazan yerdir bu yerlər.
Kitabxana.az · https://kitabxana.az/works/el-sairleri-adsiz-bu-yerler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
ما در غم هجران تو، گر زانکه بمیریمبر وصل تو یکروز ببینی که: امیریم
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
Əliağa VahidəVahid! Eldə əziz şairimiz,Adı hər dildə əziz şairimiz!