Vahid! Eldə əziz şairimiz,Adı hər dildə əziz şairimiz!Sənə, el şairimiz, yoxdur ölüm.Çünki, qəlbində yaşarsan bu elin.Vahid, ey odlu qəzəl şairimiz,Sözü xoş, söhbəti xoş, təbi gözəl şairimiz!Ey vətən şairi, el şairi, ölməz Vahid!Sənin ölməzliyinə sevgimiz olmuş şahid.

Getmisən bəxş eləyib sən elə söz sərvətini.Yaşadır el də sənin sənətinin şöhrətini.Yaşadın şairanə ömrün o bəd illərini,Sənəti, şeri sevənlər Bakının gülləriniOdlu qərənfillərini qış və baharQəbrinin üstündə əkər.Torpağına güllərin ətri çökər.Bəxtəvər şair odu, eldə ona hörmət ola!Ey əziz Vahidimiz, ruhuna min rəhmət ola!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq