Döymür sinəsinə hər an “mən” deyə,Uca kürsülərdən “el-vətən”!- deyə,Vermir boş sözlərdən nisyə hədiyyə –Vətən oğulları vətənə qardaş!

Eldə sədaqətin öz meyarı var,O, şöhrət hissindən uzaqda yaşar,Heç kəs inanmayır, etmir etibar,Sözünün qüvvəsi itənə, qardaş!Qıraqda dolanıb, ortada yeyib,Qeyrətdən dəm vurub, özünü öyüb,Nə deyim, gen gündə oğulam, – deyib,Dar gündə aradan itənə, qardaş!

Xalq oğul istəyir mərd, etibarlı,Zəkası işıqlı, namuslu, arlı,Uca dağlar kimi başı vüqarlıO, elə, el ona güvənə, qardaş!

El kimin itirmiş haqqı-sayını?Vermiş yaxşıların hörmət payını,Mən necə qurum bu söz sarayınıÇatdıraq vətəni xoş günə, qardaş!

Çıxıb sınaqlardan bizim oğullar,O canım oğullar, gözüm oğullar!Göstərib döyüşdə dözüm, oğullar.Bir səngər olubdur hər sinə, qardaş!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən