Haqq və ədalət!
Bu bəlkə bir quru sözmüş,İnsan dar ayaqda ədalət gəzmiş.Demə: fərmanları yazanlar üçün,Xalqın biri “doğma”, biri – “ögey”miş.“Doğmalar” öldürür, hey çalır, çapır,Yenə qanunlarda “bəraət” tapır.Ölən haqsız olur, öldürən “haqlı”Ögeylər məhbəsdə qolları bağlıƏdalət deyirlər, ədalət hanı?Tökülüb çoxdandır onun da qanı...Bölüb tikə-tikə Azərbaycanı.Qoymurlar of! Deyib səsi çıxmağa.“Doğmalar” dalını söykəyib dağa,Sən ey fərmanlarda “ögey” olanım!Qoy dönüm başına min yol dolanım!Xalqlara od verən, işıq verənsən –Bizim planetin şöhrəti – sənsən!
Bu dövran əxlaqsız qadına oxşar,Onu həmi almaq, həm satmaq olar.Çətindir almaq da, satmaq da səniSən ey qəhrəmanlar, mərdlər Vətəni!Mənim odlar yurdum, Azərbaycanım!Qoy durum, başına bir də dolanım!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-haqq-ve-edalet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məhsəti otağında fikirli oturub. Cahan qarı tələsik içəri girir.Məhsəti**
Iv pərdəŞah Səncər dalğın, şah taxtı üstündə oturub Xəyyamın rübailərini oxuyur. Vəzir içəri girib, şahın önündə təzim edir.Şah Səncər**
V pərdəXətib oğlu qəmlərə batmış, oturub intizarlı Məhsətini gözləyir.*Məhsəti içəri girir, Xətib oğlu onun əllərini köksünə basıb soruşur:*
Vı pərdəGeceyarısı, Məhsətinin qapısı camaatla dolub, onunla görüşə gəliblər. Şah adamları əllərində qamçılar camaata hücum edib qışqırırlar:*– Dağılın! Dağılın, camaat! Yoxsa...